25% amerikalı Yer kürəsinin harda fırlanmasını bilmir - FOTO
Bizi izləyin

Dünya

25% amerikalı Yer kürəsinin harda fırlanmasını bilmir - FOTO

25% amerikalı Yer kürəsinin Günəş ətrafında fırlanmasını bilmir.

25% amerikalı Yer kürəsinin Günəş ətrafında fırlanmasını bilmir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalıların dörddə biri planetimizin Günəş ərafında dövr etməsini bilmir.

Milli Elm Fondunun 2,200 amerikalı arasında apardığı sorğuya əsasən belə nəticəyə gəlinib. Nəticələr Amerika Birləşmiş Ştatlarında təhsil standartlarının yenidən işlənməsi üçün prezident Barak Obamaya vəkonqresin qanunverici orqanına təqdim olunacaq.

Sorğunun digər nəticələrinə əsasən amerikalıların 39%-i “kainatın böyük partlayış” nəticəsində əmələ gəldiyini iddia edir. Əhalinin 48%- i isə “insanın bu gün bildiyimiz erkən heyvan növlərindən inkişaf etdiyini” qeyd edib.

Eyni zamanda, amerikalıların 51%-i antibiotiklərin virusları öldürmədiyini deyib.

Sorğudan sonra amerikalıların 90%-i belə bir qənaətə gəlib ki, elmin faydaları hər bir təhlükəni üstələyir.

Əhalinin 30%-i inanır ki, elm dövlətdən maliyyələşməlidir və amerikalıların 90%-i tibbi kəşflərin daha çox öyrədilməsinə maraq göstərdiklərini bildirib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm