“Slavyanlara oxşamırdılar, “Allahu-Əkbər” qışqırırdılar” – VİDEO
Bizi izləyin

Dünya

“Slavyanlara oxşamırdılar, “Allahu-Əkbər” qışqırırdılar” – VİDEO

Debaltsevo şəhəri uğrunda gedən döyüşlərdə separatçılar tərəfində vuruşan Şimali Qafqaz sakinlərinin fəallıq göstərdiyi növbəti dəfə təsdiqlənib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, Debaltsevodan çıxarılan Ukrayna döyüşçüləri şəhərə hücum edən “şaxtaçılar və traktorçular”dan danışıblar.

“Onlar slavyanlara oxşamırdılar və “Allahu-Əkbər” qışqıraraq hücum edirdilər”, - Debaltsevodan çıxan hərbçi deyib.

Qeyd edək ki, fevralın 17-də jurnalist Andrey Saplienko “Facebook” səhifəsində Debaltsevo milis şöbəsinin binasının “Allahu-Əkbər” deyərək qışqıran bir qrup tərəfindən tutulduğunu yazmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm