Separatçıların donmasına bir neçə saat qaldı
Bizi izləyin

Dünya

Separatçıların donmasına bir neçə saat qaldı

“Donetsk və Luqansk xalq respublikalarında olan qaz ehtiyatı bu axşam qurtaracaq”.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə “Luqansk Xalq Respublikası” separatçı qurumun magistral qaz kəmərlərinə nəzarət edən qurumundan bildiriblər.

“Ukrayna bu ərazilərə qazın verilməsini barbarcasına kəsib. Magistral qaz kəmərində kranlar belə sökülüb və onların yenilənməsi qeyri-mümkündür”, - agentliyin həmsöhbəti deyib.

Fevralın 18-də “Luqansk Xalq Respublikası”nın “dövlət başçısı” İqor Plotnitsk bildirib ki, Ukrayna hakimiyyəti qazın verilməsinin dayandırılmasını texniki səbəblərlə izah edib.

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko noyabrın əvvəlində separatçıların nəzarəti altında olan ərazilərdə sosial ödənişlərin dayandırılması barədə fərman imzalayıb. Fərmana əsasən maddi yardımlar və pensiyaların alınması üçün hərbi əməliyyatlar zonasından kənarda qeydiyyatdan keçmək lazımdır. Noyabrın 15-də isə Ukrayna Təhlükəsizlik Şurası hərbi əməliyyatlar zonasından büdcə müəssisələrinin çıxarılması və işğal zonasında bankların işini dayandırılması barədə qərar qəbul edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm