Dünya
Nazarbayev növbədənkənar prezident seçkilərinə gedir
Qazaxıstan parlamentinin Senatı növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Qazaxıstan Xalqlar Məclisinin təşəbbüsünü dəstəkləyib.
Publika.az “İnterfaks” xəbər agentliyinə istinadən xəbər verir ki, Senat məsələyə baxılması xahişi ilə dövlət başçısı Nursultan Nazarbayevə müraciət edib.
Senatın iclasında iştirak edən 42 deputatdan 41-i müraciətin lehinə səs verib, yalnız biri qarşı çıxıb.
Xatirladaq ki, Qazaxıstan Xalqlar Məclisinin sədr müavini Anatoli Başmakov fevralın 14-də ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edib. “Bunun üçün bizim arqumentlərimiz var. Birincisi, iki seçki kampaniyası - prezident və parlament seçkiləri 2016-cı ildə keçiriləcək. Bu, hüquq uyğunsuzluğudur. İkincisi, ekspertlərin qiymətlərdirmələrinə görə, 2016-cı ildə dünya maliyyə böhranı pik səviyyədə olacaq”, - Başmakov qeyd edib.
Prezidentə müraciəti dəstəkləyən senatorlar qeyd ediblər ki, təşəbbüs güclü ümumxalq dəstəyini qazanıb və Qazaxıstan cəmiyyətində müsbət reaksiyalar doğurub. Senatorlar hesab edirlər ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi ölkədə sülhün möhkəmləndirilməsinə imkan yaradacaq.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev 20 ildən çoxdur ki, dövlətlə rəhbərlik edir. O, 2011-ci ildə keçirilən son seçkilərdə 95 faizdən çox səs toplayıb. Qazaxıstan prezidenti qeyri-məhdud sayda seçilə bilər.
Ömər Dağlı
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO