ABŞ əsgərlərə "viaqra" paylayıb
Bizi izləyin

Dünya

ABŞ əsgərlərə "viaqra" paylayıb

ABŞ əsgərlərinə ereksiya probleminin həlli üçün effektiv vasitə sayılan “Viagra” preperatını paylayır.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Focus” jurnalı yazıb.

İddiaya görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ereksiya problemi yaşayan əsgərlərə 2014-cü ildə 84 milyon dollarlıq dərman paylayıb. Bu vəsaitin yarısının “Viagra” üçün xərcləndiyi bildirilir.

Pentaqon səlahiyyətliləri tərəfindən də təsdiqlənən xəbərdə 2011-ci ildən indiyə kimi ereksiya probleminin aradan qaldırılması üçün 294 milyon dolların xərcləndiyi deyilir. Xəbərdə “Viagra” və digər dərmanlar üçün xərclənən pulla 4 ədəd “F-35” tipli döyüş təyyarəsinin alına biləcəyi qeyd olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm