Rusiya Ermənistanı, yoxsa Azərbaycanı seçəcək?
Bizi izləyin

Dünya

Rusiya Ermənistanı, yoxsa Azərbaycanı seçəcək?

Regiondakı bütün iqtisadi layihələrdən kənarda saxlanılan Ermənistan hazırda gündəmdə olan yeni bir layihəyə qoşulmağa ümid edir. İranın Rusiyadakı səfiri Mehdi Sənai bu ölkənin “Kommersant” qəzetinə müsahibəsində Moskva və Tehranın İran neftinin alınması ilə bağlı razılaşdığını bildirib.

Publika.Az –ın verdiyi xəbərə görə, səfir söhbətin gündəlik yarım milyon barrel neftin satışından getdiyini söyləyib. O, Rusiyanın bir neçə marşrut təklif etdiyini və hazırda bu marşrutların müzakirə edildiyini deyib.

Bir neçə gün bundan əvvəl isə İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi baş nazir Tiqran Sarkisyanla görüşüb. Rəsmi informasiyaya görə, görüşdə bir sıra məsələlərlə yanaşı, “enerji-tranzit məsələləri” müzakirə edilib. Ermənistan hazırda yalnız İran-Gürcüstan arasında tranzit yolunu oynayır və yalnız avtomagistrallardan istifadə olunur.

Rusiya enerji marşrutlarında Ermənistan nəzərdə tutula bilərmi? Ölkələr arasındakı münasibətlər, daha doğrusu Rusiya –Gürcüstan münasibətləri onu deməyə əsas verir ki, Ermənistan bu layihədən də kənarda qalmağa yaxındır. Bundan başqa, İran KİV-inin yazdığına görə, ölkənin Rusiyadakı səfiri neftin ixracı üçün Azərbaycan dəmir yolunun seçilməsinin mümkün olduğunu dilə gətirib.

Ermənilərin özləri də bu məsələdə nikbin düşünmür.“Biz qarşıdakı 30 ildə Rusiyanın “Qazprom” şirkətinin maraqlarına zidd olan qanunları qəbul edə bilmərik. Rusiya ilə imzalanmış müqavilə faktiki olaraq, qazın tranziti ilə məşğul olmağımızı qadağan edir. Maraqlıdır, neftin tranziti ilə bağlı eyni müqavilə varmı?”,- “Lragir” qəzeti yazır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm