Yanukoviç: “Məni məhv etmək üçün hər şeyi edəcəklər” - VİDEO
Bizi izləyin

Dünya

Yanukoviç: “Məni məhv etmək üçün hər şeyi edəcəklər” - VİDEO

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç imkan yaranan kimi “insanların həyatını yüngülləşdirmək üçün” Ukraynaya qayıdacağına söz verib.

Publika.az xəbər verir ki, keçmiş prezident bu barədə Rusiyanın “Birinci kanalı”na müsahibəsində deyib.

“Heyfsilənirəm ki, heç nə edə bilmirdim. İmkan yaranan kimi insanların həyatını yüngülləşdirmək üçün Ukraynaya qayıdacağam. Əsas məsələ hazırda müharibəni dayandırmaqdır”, - o, deyib.

Yanukoviç həmçinin qeyd edib ki, Ukraynada baş verən hadisələrdə tamamilə kənar müşahidəçisi olmaq istəmir. O, vəziyyəti öyrənmək üçün insanlarını Ukraynaya göndərdiyini bildirib. Keçmiş prezident vurğulayıb ki, Ukraynaya qayıtmaq və etiraz hərəkatına başçılıq etmək, insanların müdafiəsində hansısa bir formada iştirak etmək fikrindən daşınmayıb: “Amma fikirləşirəm ki, bizim opponentlərimiz, bizim düşmənlərimiz məni məhv etmək üçün hər şeyi edəcəklər. Mənim bütün silahdaşlarım da Ukraynaya qayıtmağıma qəti şəkildə qarşı çıxırlar”.

Qeyd edək ki, Viktor Yanukoviç 22 fevral 2014-cü ildə Ukraynadan qaçıb. Rusiya prezidenti Vladimir Putin sonradan etiraf etdi ki, Yanukoviçin qaçışını Rusiya təşkil edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm