ABŞ və İngiltərədən birgə SIM kart casusluğu
Bizi izləyin

Dünya

ABŞ və İngiltərədən birgə SIM kart casusluğu

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (NSA) və İngiltərənin elektron gizli dinləmə və təhlükəsizlik təşkilatı (GCHQ) məşhur SIM kart istehsalçısı “Gemalto”nun saytına daxil olaraq şirkətin məlumatlarının şifrələrini ələ keçirib.

Publika.az xəbər verir ki, bu barədə “The Intercept” internet jurnalı bildirib.

Xəbərdəki iddialara görə, NSA-nın keçmiş əməkdaşı, hazırda Rusiyaya sığınan Edvard Snoudenin jurnala verdiyi 2010-cu il tarixli sənədlərə istinad edilib. ABŞ və İngiltərə kəşfiyyatının əldə olunan şifrələrlə telefon danışıqlarını dinləmək və gizli mesajları təhlil etmək üçün istifadə etdiyi bildirilir. Kəşfiyyat xidmətlərinin oğurladığı iddia edilən şifrələr telefon danışıqlarının gizliliyini qorumaqla yanaşı, SIM kartın yerləşdirildiyi telefonların izlənilməsini təmin edir. Bu şəkildə edilən dinləmələrı GSM şirkətləri və rabitə təşkilatlarından xəbərsiz şəkildə reallaşdırmaq mümkündür.

Hollandiya və ABŞ-da fəaliyyət göstərən “Gemalto” bir il ərzində 2 milyard SIM kart istehsal edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm