Ağır silahlar geri çəkilir
Bizi izləyin

Dünya

Ağır silahlar geri çəkilir

Ukraynanın şərqindəki Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko ağır silahların münaqişə zonasından çıxarılması barədə sənədi imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə qondarma respublikanın müdafiə nazirliyinin rəsmisi Eduard Basurin açıqlama verib. O, Zaxarçenkonun müalicə aldığı xəstəxanada sənədi imzaladığını bildirib: “Döyüşlər bütün təmas xətti boyunca dayandırılıb. Lakin Ukrayna tərəfi hələ də təxribatlar törədir”. Qeyd edək ki, daha öncə də Luqansk separatçıları eyni sənədi imzalamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm