İranın Liviyadakı səfirinə hücum olub
Bizi izləyin

Dünya

İranın Liviyadakı səfirinə hücum olub

İslam Dövləti qrupuna sadiq yaraqlılar İranın Liviyadakı səfərinin iqamətgahına qarşı həyata keçirilən bomba hücumunun məsuliyyətini öz üzərinə götürüb.

Publika.az-ın məlumatına görə, Tripolidə hücum zamanı ölən və ya yaralanan olmayıb. İran mətbuatı bildirir ki, Tehran hücumları pisləyib. Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, hücum binaya kiçik zədələr yetirib.

Qeyd edək ki, biri paytaxtda olmaqla Liviyada İslam Dövlətinə bağlı 3 fraksiya mövcuddur. Ölkədə üsyançı silahlılar, silahlı qüvvələr və hakimiyyətə iddia edən iki qüvvə arasında mübarizə gedir. Zorakılıqların baş qaldırmasından sonra bir çox Qərb ölkəsi Liviyadakı nümayəndəliyini bağlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm