200 şaxtaçı mədəndə itkin düşüb
Bizi izləyin

Dünya

200 şaxtaçı mədəndə itkin düşüb

Cənubi Afrika Respublikasında mədəndə başlamış yanğından sonra 200-dək şaxtaçı itkin düşüb.

Publika.az-ın məlumatına görə, hadisə Kusasalezu qızıl mədənində 2 km dərinlikdə baş verib. Mədənə sahiblik edən Harmonу Gold şirkəti şaxtada başlamış yanğının nəzarət altına götürüldüyünü bildirib. Yanğından qurtula bilmiş 280 fəhlə yer üstünə çıxarılaraq xilas edilib.

Xilasedicilər yerin altında qalmış daha 199 fəhləni aşkar etməyə səy göstərirlər. Güman edildiyinə görə, yanğın təmir işləri aparıldığı zaman başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm