ABŞ Rusiya sərhədlərinə qırıcı təyyarələr göndərdi
Bizi izləyin

Dünya

ABŞ Rusiya sərhədlərinə qırıcı təyyarələr göndərdi

“ABŞ-ın A-10 “Tanderbolt” qırıcılarını Almaniyaya göndərməsi bu ölkənin silahlı qüvvələrinin yaxınlıqda olduğu barədə Rusiyaya siqnalıdır”.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın “International Business Times” nəşri yazıb.

Nəşr hesab edir ki, 12 qırıcının Almaniyaya göndərilməsi radikalizm və Rusiya təcavüzünün güclənməsi ilə bağlı Vaşinqtonda yaranan narahatlığın nəticəsidir. “İnternational Business Times” yazır ki, ABŞ həmçinin NATO-dakı müttəfiqlərini sakitləşdirmək niyyətindədir.

ABŞ-ın Hərbi Hava Qüvvələrinin generalı Derrila Robertsonun sözlərinə görə, Amerika təyyarələrinin Almaniyaya göndərilməsi havada hərbi üstünlüyün nümayişinin yeni üsuludur və çoxsaylı müasir çağırışlara, o cümlədən “İslam dövləti” və Rusiya kimi təhdidlərə cavabdır.

Amerikanın NBC telekanalı isə xəbər verib ki, qırıcıların Almaniyaya göndərilməsi “Atlantika qətiyyəti” əməliyyatının tərkib hissəsidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm