"Çiçəklənən Ermənistan” aksiyaya başladı: “dördgünlük boykot”
Bizi izləyin

Dünya

"Çiçəklənən Ermənistan” aksiyaya başladı: “dördgünlük boykot”

Ermənistanın “Çiçəklənən Ermənistan” Partiyası “dördgünlük boykot” elan edib.

Publika.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyasının katibi Naira Zoqrabyan bildirib.

“Ölkədə yaranmış vəziyyəti nəzərə alaraq, “Çiçəklənən Ermənistan” Partiyası parlament iclaslarını dörd gün boykot edəcək. Yaxın günlərdə ölkədəki çoxsaylı problemlər təhlil ediləcək və sonrakı konkret addımlar haqqında bəyanat veriləcək”, - Naira Zoqrabyan deyib.

O bildirib ki, “dördgünlük boykot”la əlaqədar “Çiçəklənən Ermənistan” Partiyasından heç kim əlavə məlumat verməyəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm