Yəmən prezidentinin qardaşı oğlunu qaçırdılar
Bizi izləyin

Dünya

Yəmən prezidentinin qardaşı oğlunu qaçırdılar

Yəməndə Husilərin ev dustaqlığından xilas olaraq Aden şəhərinə gedən Prezident Əbdürrabi Mənsur Hadinin qardaşı oğlu qaçırılıb.

Axar.az xəbər verir ki, prezidentin ailəsinə yaxın olan mənbələrdən verilən məlumata görə, Hadinin qardaşı oğlu Nasir Əhməd Mənsur şiə Ənsarullah Hərəkatının (Husilər) yaraqlıları tərəfindən qaçırılıb. Daha əvvəl istefa verdiyini açıqlayan Prezident Hadi Adendə “dövlət başçısı” adından istifadə edərək verdiyi yazılı açıqlamada şiə Ənsarullah Hərəkatının Sənanı ələ keçirdiyi 21 sentyabrdan bəri alınan bütün qərarların etibarsız olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm