Avropada hər gün 7 qadın zorakılığın qurbanı olur
Bizi izləyin

Dünya

Avropada hər gün 7 qadın zorakılığın qurbanı olur

Avropa Parlamentinin Litvadan olan üzvü, Gender Bərabərliyi və Qadın Hüquqları Komitəsinin sədrinin müavini Viliya Blinkyaviçyute deputat həmkarları ilə birlikdə 2016-cı ili Avropada qadınlara qarşı zorakılıq əleyhinə mübarizə ili elan etmək təklifini irəli sürüb.


Hazırda deputatlar bu təklifin lehinə imzalar toplayırlar.

Statistika məlumatına görə, Avropada 15 yaşına çatmış hər bir qadın zorakılığa məruz qalır və hər gün orta hesabla yeddi qadın zorakılığın qurbanı olur.

Hesab olunur ki, zorakılıq nəticəsində təkcə konkret bir qadın deyil, bütövlükdə cəmiyyət böyük itkilər verir. Buna görə də Avropa Komissiyasından qadınlara qarşı zorakılıq əleyhinə mübarizə direktivi təqdim etmək xahiş olunur. Avropa İttifaqının üzvü olan bütün dövlətlər həmin direktivin müddəalarını öz milli qanunvericiliklərində tətbiq etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm