Moskvada Ukrayna hökuməti yaradıldı
Bizi izləyin

Dünya

Moskvada Ukrayna hökuməti yaradıldı

Kremldə “Mühacir Ukrayna hökuməti”nin yaradılması haqqında qərar qəbul edilib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə keçmiş prezident Viktor Yanukoviç və sabiq baş nazir Nikolay Azarovun KİV-lərdə fəallaşmasını şərh edən “Ukrayna barometri” sosioloji tədqiqatlar mərkəzinin direktoru Viktor Nebojenko bildirib.

Ukraynalı ekspertin sözlərinə görə, “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” separatçı qurumların rəhbərləri Aleksandr Zaxarçenko və İqor Plotnitsk faktiki olaraq postlarından uzaqlaşdırılıblar. Viktor Nebojenkonun fikrincə, hər ikisi istefa ərizəsini yazıb və Azarov və Yanukoviç onların yerlərini tuta bilər.

Qeyd edək ki, Viktor Yanukoviç bu günlərdə Rusiya telekanallardan birinə müsahibəsində imkan yaranan kimi ölkəsinə qayıdacağını bildirib. Bundan başqa o, qeyd edib ki, Rusiyada mühacir Ukrayna hökumətini yaratmağı düşünür. Nikolay Azarov isə təxminən eyni vaxtda “Facebook” sosial şəbəkəsində fəallaşıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm