ABŞ-dan qalmaqallı Fələstin qərarı: 218,5 milyon dollar təzminat
Bizi izləyin

Dünya

ABŞ-dan qalmaqallı Fələstin qərarı: 218,5 milyon dollar təzminat

ABŞ məhkəməsi İsrailə qarşı hücumları təşkil etməkdə ittiham edilən Fələstin barəsində qərar çıxarıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qərara görə, Fələstin rəhbərliyi hücumlardan zərər çəkən ABŞ vətəndaşlarına təzminat ödəyəcək.

Nyu-York məhkəməsi 2002-2004-cü illərdə həyata keçirilən 6 "terror hücumu”na görə, Fələstin Azadlıq Təşkilatı və Fələstin rəhbərliyini günahkar bilib. Məhkəmə heyəti hücumlarda zərər görənlərə və ya yaxınlarına 218,5 milyon dollar təzminat ödənilməsinə qərar verib.

Fələstin rəhbərliyi isə məhkəmə qərarından şikayət edəcəyini açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm