Daha bir Baş nazirin "sevgili" qalmaqalı - FOTO
Bizi izləyin

Dünya

Daha bir Baş nazirin "sevgili" qalmaqalı - FOTO

Daha bir baş nazirin "sevgili" qalmaqalı

Bu dəfə Britaniya mətbuatı keçmiş baş nazirin seksual qalmaqal şayiələrini müzakirə edir.

Deyilənə görə, Birləşmiş Krallığın keçmiş baş naziri media-maqnat Rupert Merdokun arvadı Vendi Denini yoldan çıxardıb.

Denin gündəliyinin bir hissəsinin mətbuata sızması təkrar məhkəmə üçün təhqiqatın aparılmasına səbəb olub. O, gündəlikdə Toni üçün darıxdığını və onun bədəni, ayaqları, gözləri və ehtirasına məftun olduğunu qeyd edir.

Evli olan Toni Blerin dostları bildiriblər ki, o heç zaman yoldaşı Merdoka və həyat yoldaşına xəyanət etməyib. Lakin Merdokun şəxsi evində olan gizli görüşlərin şahidləri tapılıb.

Publika.azn xarici mətbuatdan aldığı məlumata əsasən əgər bu xəbərlər yalan olsa belə, Merdok onun həqiqiliyinə şübhə etmir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm