Gürcüstanda yeni həbslər dalğasına start veriləcək - İDDİA
Bizi izləyin

Dünya

Gürcüstanda yeni həbslər dalğasına start veriləcək - İDDİA

“Bidzina İvanişvili və onun komandası səriştəsizliyi həbslərlə kompensasiya etməyə çalışır”.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə “Vahid Milli Hərəkat” Partiyasının liderlərindən olan Qiqa Bokeriya bildirib.

Qiqa Bokeriya hesab edir ki, hakimiyyət əhalinin diqqətini iqtisadi problemlərdən yayındırmaq üçün opponentlərin həbs edilməsinin yeni dalğasına başlayacaq.

“İvanişvili və onun komandası çıxış yolunu yalnız bunda görür. Onlar düşünürlər ki, həbslərlə səriştəsizliyi kompensasiya etməyi bacaracaqlar. Bu insanlar ölkənin inkişafının qayğısına qalmaq əvəzinə siyasi təqibi davam etdirirlər. Ölkəni böhran həddinə çatdırdılar, amma İvanişvili bütün bunlardan sonra sırtıq bəyanatlar verir ki, hər şey qaydasındadır. İvanişvili ölkəni uçuruma aparır və buna tezliklə demokratik yolla son qoymaq çox vacibdir”, - Qiqa Bokeriya deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm