Vətəndaş müharibəsi qapıda: prezident istefadan imtina etdi
Bizi izləyin

Dünya

Vətəndaş müharibəsi qapıda: prezident istefadan imtina etdi

Yəmən addım-addım vətəndaş müharibəsinə doğru gedir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, istefa verməsindən sonra Husilər tərəfindən ev dustaqlığından buraxılaraq Aden şəhərinə gedən dövlət başçısı Rabbuh Mənsur Haydı burada bəzi şəhərlərin rəhbərləri ilə görüşlərə başlayıb.

Keçmiş dövlət başçısı parlamentə məktub göndərərək istefasını rəsmi şəkildə geri çəkmək istədiyini bildirib. İddiaya görə, bir çox ərəb ölkələrinin liderləri Rabbuh Mənsur Haydıya zəng edərək onu qanuni dövlət başçısı kimi tanıdığını deyib. Onun özü isə “Əl-Cəzirə” telekanalı vasitəsilə Husilərə “Paytaxtı tərk edin” çağırışı edib.

Paytaxt Sanada baş verənləri “dövlət çevrilişi” olaraq qiymətləndirən Haydı Husiləri daha əhatəli bir konstitusiya üçün danışıqlar masasına oturmağa dəvət edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm