Ermənistanda 2 veteran mükafatlarından imtina edib
Bizi izləyin

Dünya

Ermənistanda 2 veteran mükafatlarından imtina edib

Ermənistanda 2 Qarabağ müharibəsi veteranı aldıqları mükafatlardan imtina edib.

Pavel Muradyan və Armen Lambaryanın ümumilikdə aldıqları 11 medaldan imtina etdikləri bildirilir. AzadAvropa və AzadlıqRadiosu korporasiyasının erməni xidmətinin məlumatına görə, onlar bununla yanvarın 31-də Gorus-Xankəndi yolunda baş verən insidentə etiraz bildiriblər.

Xatırladaq ki, Ermənistanda müxalifətdə olan “Parlament təsisatı” təşkilatının üzvləri yanvarın 31-də prezidenti Serj Sarkisyan və separatçı Dağlıq Qarabağ rejiminə etiraz olaraq Ermənistandan Dağlıq Qarabağa avtoyürüş ediblər. Amma polis Görus-Laçın yolunda onların qarşısını kəsib və aksiyaçılar amansızcasına döyülüb. Məlumatlara görə polis, gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Yerli politoloq və ekspertlər bunun məhz prezident Serz Sarkisyanın göstərişi ilə edildiyini deyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm