Papanın gizli “e-mail”i Meksikanı qəzəbləndirdi
Bizi izləyin

Dünya

Papanın gizli “e-mail”i Meksikanı qəzəbləndirdi

Poma Papası Fransiskin argentinalı bir dostuna göndərdiyi “e-mail”in ortaya çıxması Meksikanı qəzəbləndirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Papa Fransisk uşaqların və qadınların istismarına, narkotik və insan ticarətinə qarşı fəaliyyət göstərən “La Alameda” adlı qeyri-hökumət təşkilatının başçısı və siyasətçi Qustavo Veraya bir elektron məktub göndərib.

Məktubun məzmunu ilə bağlı açıqlama verən Qustavo Vera bildirib ki, Papa narkotik maddələrin istifadəsi və hərəkətinin nəzarət altına alınmayacağı halda Argentinanın də yaxın zamanda Meksikaya çevriləcəyi barədə xəbərdarlıq edib.

Meksika xarici işlər nazirinin müavini Joze Antonio Meade Papanın ölkəsindəki nümayəndəsi ilə görüşərək ona diplomatik nota verib. Meade ölkəsinin narkotik problemini həll etmək üçün xeyli əmək sərf etdiyini də Papanın nümayəndəsinin diqqətinə çatdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm