Ruhani: “Xəzər sülh və əməkdaşlıq bölgəsidir”
Bizi izləyin

Dünya

Ruhani: “Xəzər sülh və əməkdaşlıq bölgəsidir”

Türkmənistan xarici işlər naziri və prezident köməkçisi Raşit Meredovu qəbul edən İran prezidenti Həsən Ruhani Xəzərin bölgədə sülh üçün əhəmiyyətli olduğunu söyləyib.

Publika.Az –ın İran mediasına istinadən verdiyi məlumata görə, Ruhani xəzəryanı ölkələrin təhlükəsizlik və ekoloji tarazlığın qorunması kimi sahələrdə əməkdaşlığı gücləndirməli olduğunu bildirib.

Türkmənistan xarici işlər nazirinin İran səfərində Qazaxıstan-Türkmənistan-İran dəmiryolu layihəsi də gündəmə gəlib. Türkmənistanlı nazirin iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşündə layihənin icrasının çox yaxın bir zamanda başa çatdırılacağı qeyd edilib.

Qeyd edək ki, 2007-ci ildə təməli atılan Qazaxıstan-Türkmənistan-İran dəmiryolunun Qazaxıstan-Türkmənistan hissəsi istifadəyə verilib. Layihənin icrasının 2014-cü ildə başa çatdırılması gözlənilir. Sözügedən layihə Orta Asiya ölkələrinin Bəsrə Körfəzinə çıxışını təmin edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm