Dünya
Erməni iqtidarı “trio”nu rədd etdi
Ermənistan parlamenti respublikada hakimiyyət böhranı haqqında bəyanatın layihəsini rədd edib.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, layihəni yalnız 16 deputat dəstəkləyib.
Deputatlardan 67 nəfəri layihənin əleyhinə çıxıb, 6-sı isə bitərəf qalıb. Səsvermədən sonra çıxış edən Erməni Milli Konqresinin parlament fraksiyasının başçısı Levon Zurabyan vurğulayıb ki, hakimiyyət təhlükənin dərəcəsini anlamır və səsvermənin nəticələri mövcud vəziyyətə qeyri-adekvatdır. Zurabyanın çıxışı spiker Qalust Saakyan tərəfindən kəsilib. Parlament sədri müxalifətçinin reqlamenti pozduğunu bildirib.
Qeyd edək ki, layihənin qəbul edilməyəcəyi parlamentdə dünən gedən müzakirələrdən də bəlli idi. Layihə “Çiçəklənən Ermənistan” Partiyası, “İrs” Partiyası və Erməni Milli Konqresi tərəfindən ötən ilin oktyabrında parlamentə təqdim olunub. Lakin layihə həmmüəlliflərindən olan “Çiçəklənən Ermənistan” Partiyasının parlament fraksiyası “çətin və gərgin daxili siyasi vəziyyəti” əsas gətirərək iclası boykot edib. Erməni Milli Konqresindən olan deputat Nikol Paşinyan əminliyi ifadə edib ki, belə şəraitdə Ermənistanda hakimiyyət daha 20 il əvəz olunmayacaq.
Ömər Dağlı
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR