Rusiya hərbi texnikası Gürcüstanın digər şəhərlərində! – İŞĞAL?
Bizi izləyin

Dünya

Rusiya hərbi texnikası Gürcüstanın digər şəhərlərində! – İŞĞAL?

Rusiya tranzit nömrəli hərbi təyinatlı yük maşınları Gürcüstanın başqa şəhərlərində də görünüb.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Rusiyanın hərbi texnikası Potidə və Senaki şəhərlərində görünüb.

Gürcü bloggerlər bununla bağlı fotolar yayıblar.

Xatırladaq ki, Rusiya ordusuna məxsus “Zil” markalı yük avtomobilləri bundan əvvəl Gürcüstanın paytaxtı Tiflisin küçələrində peyda olub. Gürcüstanın müdafiə naziri Mindiya Canelidze qeyd etdi ki, ikiqat təyinatlı texnikanın bütün hərəkətlərinə Gürcüstan Müdafiə Nazirliyi nəzarət edir. O həmçinin ölkənin əhalisini inandırıb ki, sözügedən avtomobillərin Gürcüstanda görünməsində təhlükəli heç nə yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm