Qazaxıstanda növbədənkənar prezident seçkilərinin tarixi məlum oldu
Bizi izləyin

Dünya

Qazaxıstanda növbədənkənar prezident seçkilərinin tarixi məlum oldu

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev növbədənkənar dövlət başçısı seçkilərinin təyin edilməsi barədə Qazaxıstan Xalq Assambleyasının təşəbbüsünü dəstəkləyib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, N.Nazarbayev növbədənkənar prezident seçkilərinin aprelin 26-da keçirilməsi barədə fərman imzalayıb.

Prezident dövlət televiziyasının efirində çıxış edərkən deyib: "Xalqın maraqlarına uyğun olaraq, onların məndən xahişini və ümumi iradəni nəzərə alaraq və Əsas qanunu icra etmək naminə qərar qəbul etdim və Konstitusiyaya müvafiq olaraq, növbədənkənar prezident seçkilərinin 26 aprel 2015-ci il tarixinə təyin edilməsi haqqında fərman imzaladım".

Qeyd edək ki, bu il fevralın 14-də Assambleyanın iclasında onun üzvləri bəyan etmişdilər ki, dünyadakı vəziyyətin çətinləşdiyi şəraitdə Prezident N.Nazarbayevə ölkənin qlobal sınaqlardan uğurla keçməsi üçün ümummilli etimadın yeni mandatını vermək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm