İŞİD-ə ağır itki: 70 kənd və 132 ölü
Bizi izləyin

Dünya

İŞİD-ə ağır itki: 70 kənd və 132 ölü

Suriyanın şimal-şərqindəki Haseke bölgəsində “İslam Dövləti” (İŞİD) terror təşkilatına ağır zərbə vurulub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD ilə YPG (Kürd Xalq Müdafiə Birlikləri) gücləri arasındakı qarşıdurmalarda İŞİD-in ən azı 132 üzvü öldürülüb.

Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı ötən həftənin şənbə günündən davam edən şiddətli qarşıdurmalarda YPG-nin 70-ə yaxın kəndi İŞİD-dən geri aldığını açıqlayıb. Suriya müxalifətinə yaxınlığı ilə tanınan təşkilat YPG-nin İŞİD-ə qarşı əməliyyatlarına ABŞ-ın liderlik etdiyi koalisiyanın da havadan dəstək verdiyini bildirib.

İŞİD-in isə bölgədəki qarşıdurmalarda ən az 150 suriyalı xristianı qaçırdığı xəbər verilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm