Yanukoviçin silahdaşı 1500 dollara azadlığa buraxıldı
Bizi izləyin

Dünya

Yanukoviçin silahdaşı 1500 dollara azadlığa buraxıldı

Kiyev şəhərinin Peçerski rayon məhkəməsi Regionlar Partiyasının parlament fraksiyasının keçmiş rəhbəri Aleksandr Yefremovu girov qarşılığında azadlığa buraxıb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, Aleksandr Yefremov 60 min qrivna (təxminən 1500 dollar) ödəyəcək.

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin silahdaşı fevralın 14-də vəzifəsindən sui-istifadə və xidməti saxtakarlıq ittihamları üzrə saxlanılıb. Onun barəsində cinayət işi 2014-cü ilin iyulunda başlayıb.

O, həmçinin 2015-ci ilin yanvarında qanunsuz silahlı birləşmələrinin maliyyələşməsi istintaqı çərçivəsində şahid qismində dindirilib. Onun dindirilməsinə səbəb isə separatizm məzmunlu bir video olub. Videoda Yefremovun adı milyarder Rinat Əhmədov və “Ukrayna irəli” Partiyasının lideri Natalya Korolevski ilə yanaşı çəkilirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm