Bəşər Əsəd yenə çəllək bombalarından istifadə edib
Bizi izləyin

Dünya

Bəşər Əsəd yenə çəllək bombalarından istifadə edib

Human Rights Watch insan hüquqları təşkilatı BMT-ni Suriya hakimiyyətinə silah satışına embarqo qoymağa çağırıb.

Publika.az-ın məlumatına görə, təşkilat Bəşər Əsəd rejimini Təhlükəsizlik Şurasının mülki əhaliyə qarşı çəllək bombalarından istifadəyə qoyduğu qadağanı pozmaqda ittiham edib. HRW bildirib ki, təşkilat son il ərzində Suriyada 450 müxtəlif yerdə hökumət qüvvələrinin belə mərmilərdən istifadə etməsi faktlarını sənədləşdirib.

Suriya prezidenti Bəşər Əsəd BBC-yə iki həftə əvvəl verdiyi müsahibədə onun qüvvələrinin çəllək bombalarından istifadə etdiyini inkar edib.

Suriyada artıq dörd ildir ki, davam edən münaqişə nəticəsində 200 mindən çox insan həlak olub və azı 6 milyon insan yaşayış yerlərini tərk etməyə məcbur olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm