Krımı cəmi 110 rus hərbçisi tutub - İDDİA
Bizi izləyin

Dünya

Krımı cəmi 110 rus hərbçisi tutub - İDDİA

Krım Nazirlər Şurası və Krım parlamentini bir il əvvəl 110 Rusiya hərbçisini tutub.

Publika.az “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenkonun Krım tatarlarının işləri üzrə səlahiyyətli nümayəndəsi Mustafa Cəmilov deyib.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti Krımın saxlanılması üçün heç bir təşəbbüs göstərməyib. Krım tatarlarının lideri bildirib ki, Krımın Rusiya tərəfindən zəbti 23 fevral 2014-cü ildə başlayıb və həmin vaxt Sevastopolda ilk dəfə “yaşıl adamlar” ortaya çıxıb.

Mustafa Cəmilov Krım parlamentini 70, Nazirlər Şurasını isə 40 nəfər tutduğunu qeyd edib.

Bundan başqa, Cəmilovun sözlərinə görə, Krımın paytaxtı Simferopolda Ukraynanın “Alfa” xüsusi təyinatlıları yerləşirdi: “Onlar şəhəri mühasirəyə ala və Rusiya işğalçılarını neytrallaşdıra bilərdi. Amma hərəkətsiz dayanmışdılar. “Alfa” xüsusi təyinatlıların sayı təxminən 1,5- 2,5 min nəfər təşkil edirdi”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm