Əsədlə görüşən deputat sanksiyalara məruz qalacaq
Bizi izləyin

Dünya

Əsədlə görüşən deputat sanksiyalara məruz qalacaq

Fransada iqtidarda olan Sosialist Partiyasının deputatı Gerard Bapt cəzalandırılacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb fransalı deputatın Suriya prezidenti Bəşər Əsədlə danışıqlar üçün Dəməşqə getməsidir.

Sosialist Partiyasının sədri Jan-Kristof Kambadeli deputatın səfərini qətiyyətlə pislədiyini bildirib: “Əsəd diktator deyil, o, əsl qəssabdır”.

Əsədlə görüşməyə gedən fransalı deputata qarşı sanksiyalar qəbul edilə bilər. Gerard Baptın Suriya səfərini parlamentin xarici işlər üzrə komitəsi və Fransa Xarici İşlər Nazirliyi ilə razılaşdırmadığı bildirilir.

Deputatın Dəməşqə səfəri Fransanın Suriyadakı səfirliyinin fəaliyyətini dayandırdığı 25 fevral 2012-ci ildən sonra rəsmi şəxslərin Suriya hökuməti ilə ilk əlaqəsidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm