Xarkovda törədilən partlayışa görə beş nəfər həbs edilib
Bizi izləyin

Dünya

Xarkovda törədilən partlayışa görə beş nəfər həbs edilib

Ukrayna Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları fevralın 22-də Xarkovdakı Avromaydanda keçirilən nümayiş zamanı törədilən parlayışın təşkilində şübhəli bilinən daha beş nəfəri həbs ediblər.


AZƏRTAC Ukrayna KİV-inə istinadla xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinovun sözlərinə görə, terror qrupunun üzvləri fevralın 26-da antiterror tədbirləri nəticəsində tutulublar. Onlardan xeyli sayda silah və sursat aşkar edilərək götürülüb.

Aleksandr Turçinov əlavə edib ki, saxlanılanlar arasında cinayətin bilavasitə təşkilatçıları və iştirakçıları var. Bundan əlavə, bu cinayətkar qrupla əlaqəsi olan daha iki cinayətkar Donetsk vilayətinin Mariupol şəhərində terror aktı törətmək istəyərkən yaxalanıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları bundan əvvəl fevralın 22-də Xarkovda törədilən parlayışın təşkilində şübhəli bilinən 4 nəfəri həbs etmişdi.

Xatırladaq ki, həmin terror aktı nəticəsində 4 nəfər həlak olmuş, 9 nəfər isə müxtəlif bədən xəsarətləri almışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm