Krım tatarlarının lideri: “Onlar buna hazırdırlar”
Bizi izləyin

Dünya

Krım tatarlarının lideri: “Onlar buna hazırdırlar”

Krım tatarlarının lideri, Ukrayna prezidenti Pyotr Poroşenkonun Krım tatarlarının işləri üzrə səlahiyyətli nümayəndəsi Mustafa Cəmilov Poroşenkonu yarımadanı tam mühasirəyə almağa çağırıb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, Mustafa Cəmilov bunun Krımı işğalçılardan azad etməyə kömək edəcəyini bildirib.

“Rəsmi Kiyev Krımı tamamilə mühasirəyə almalıdır. Oraya nə elektrik, nə su, nə də digər hansısa məhsulları çatdırmaq lazımdır. Bu bizə Krımı işğalçılardan azad etməyə kömək edəcək”, - Krım tatarlarının lideri dilə gətirib.

Cəmilovun sözlərinə görə, sadə krımlıların özləri ona zəng edərək Krımın tam mühasirəyə alınması üçün xahiş edirlər: “Onlar çətinliklərə dözməyə hazırdır, təkcə işğalçılardan azad olsunlar”.

O, həmçinin bildirib ki, bu barədə yaxın vaxtlarda Ukrayna prezidenti ilə də danışıb. Lakin Cəmilov onun təklifinə dövlət başçısının necə yanaşdığını deməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm