Parlamentin spikeri İrana səfərə gedib
Bizi izləyin

Dünya

Parlamentin spikeri İrana səfərə gedib

Türkiyə Böyük Millət məclisinin sədri Cəmil Çiçək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqının sessiyasında iştirak etmək üçün bazar ertəsi İrana yola düşüb. Bu məlumatı İRNA informasiya agentliyi yayıb.

Sessiya Tehranda fevralın 14-də işə başlayıb və 19-də başa çatacaq.

Türk qanunvericiləri İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının sessiyasında iştirak etmək üçün cümə axşamı Tehrana gəliblər.

Konfrans fevralın 18-19-da parlament spikerlərinin səviyyəsində işini davam etdirəcək.

İƏT üzv dövlətlərin Parlament İttifaqına 53 ölkə, o cümlədən Türkiyə daxildir. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm