İspaniya Ukrayna separatçılarına qoşulan 8 vətəndaşını həbs edib
Bizi izləyin

Dünya

İspaniya Ukrayna separatçılarına qoşulan 8 vətəndaşını həbs edib

İspaniyada Ukraynanın şərqində Rusiya yönlü separatçıların sıralarında döyüşmüş səkkiz vətəndaş həbs olunub.

Publika.az-ın məlumatına görə, Donbasda separatçılarla çiyin-çiyinə döyüşən ispaniyalıların ifrat solçu qruplaşmanın üzvləri olduğu bildirilir.

İspaniya polisi bildirib ki, bu şəxslər Donbasdakı münaqişəfdə iştirak etdikdən sonra ölkəyə qayıdıblar. Onlara qarşı müxtəlif cinayətlərin törədilməsi ilə əlaqədar ittihamlar irəli sürülüb.

İspaniya Daxili İşlər Nazirliyi bildirib ki, Ukrayna münaqişəsində iştirak edən ölkə vətəndaşlarının aşkar edilib cəzalandırılması bundan sonra da davam etdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm