Almaniya Yunanıstana yardım paketinin vaxtını uzadır
Bizi izləyin

Dünya

Almaniya Yunanıstana yardım paketinin vaxtını uzadır

Almaniya parlamenti Yunanıstana verilən yardım paketinin müddətinin daha dörd ay uzadılmasının lehinə səs verib.

Vaxtın uzadılması Avrozonanın bütün üzvləri tərəfindən təsdiq edilməlidir. Ötən həftə Yunanıstan parlamenti bir sıra islahatlar barədə planını açıqlayandan sonra kreditorlar bu vaxt uzaldılmasını təsdiq etmişdi.

Bəzi alman millət vəkilləri sazişə şübhə ilə yanaşsa da, plan asanlıqla təsdiqlənib.

Bu arada cümə axşamı Yunanıstan paytaxtı Afinada keçirilən anti-hökumət nümayişlərində etirazçılarla polis arasında toqquşmalar baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm