Bu xəbəri oxuyub dəhşətə gələcəksiniz: İnsanlığa sığmayan hadisə - FOTO
Bizi izləyin

Dünya

Bu xəbəri oxuyub dəhşətə gələcəksiniz: İnsanlığa sığmayan hadisə - FOTO

Türkiyənin Kocaeli bölgəsində insanlığa sığmayan hadisə baş verib.

Türkiyənin Kocaeli bölgəsində insanlığa sığmayan hadisə baş verib.

Belə ki xərçəng xəstəsi olan, gələn həftə əməliyyat olunması nəzərdə tutulan bir yaş yarımlıq Asmin adlı uşaq üçün yığılan pul oğurlanıb.

Uşağın yaşadığı evə gələn iki qadın, onun ailəsinə “Bizi sizə Allah göndərdi. Oxuyub üfürək uşağınızın bir dərdi qalmayacaq” – deyərək pulları oğurlayıblar.

Çarəsiz ata Ferhat Yılan isə nə olar pulu geri qaytarın, yoxsa uşağım öləcək deyə yalvarsa da bir xeyri olmayıb.

Uşağın atası Ferhat Yılan hadisəni belə izah edib:

“Həyat yoldaşım, qucağında qızımla birlikdə evin qarşısında olan zaman yanlarına yalnız gözləri görünən 2 çarşablı qadın gəlib. Bir müddət onlara baxdıqdan sonra uşaqla maraqlanıblar. Həyat yoldaşım da, qızımızın xərçəng xəstəsi olduğunu deyib. Bunun ardından , Bizi sizə Allah göndərdi. Bizi evinə apar oxuyub üfürək. Dualarımız uşağını yaxşılaşdıracaq deyiblər. Yoldaşımda onları evə aparıb. Çarşablı qadınlar yoldaşımdan su istəyiblər. Suya nəsə oxuyub üfürən qadınlar yoldaşımdan suyu otaqlara səpməyi istəyiblər. Həyat yoldaşım suyu evin otaqlarına səpərkən iki qadın uşağımın otağına girərək önümüzdəki həftə ikinci dəfə əməliyyat olacaq olan qızımızın, qonşularımızın da köməyi ilə yığdığmız 4 min 500 lirə əməliyyat pulunu oğurlayıblar. Yoldaşıma da, otağa 12 saat girmə. Yoxsa dualarımız qəbul olmaz və uşağın yaxşılaşmaz deyərək evdən uzaqlaşıblar”.

Hadisəni polis araşdırsa da hələ də oğru qadınlar tapılmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm