Vaşinqtonda ABŞ-la Kuba diplomatlarının görüşü keçirilir
Bizi izləyin

Dünya

Vaşinqtonda ABŞ-la Kuba diplomatlarının görüşü keçirilir

Vaşinqtonda ABŞ-la Kuba diplomatlarının görüşü keçirilir. Tərəflər diplomatik əlaqələrin bərpasını müzakirə edir.

Danışıqlar ABŞ prezidenti Barak Obamanın Kubaya qarşı ticarət embarqosunun ləğvi təşəbbüsləri çərçivəsində keçirlir. ABŞ Dövlət Departamenti bugünkü danışıqların səfirliklərin açılışına həsr edildiyini bildirib.

Rəsmilər nailiyyətin Kuba nümayəndələrinin təkliflərindən asılı olacağını deyir.

Kuba səfirliklərin açılışı məsələsini o ölkənin Dövlət Departamentinin terrorist siyahısından çıxarılmasından asılı olduğunu bildirir.

Amerikanın nümayəndə heyəti isə terrorizm məsələsinin ayrı bir mövzu olduğunu deyir.

Amerika diplomatik əlaqələrin bərpasından dərhal sonra Kubada insan hüquqlarının vəziyyətinin müzakirəyə çıxarmağı planlaşdırır.

Havana ilə Vaşinqton arasında müzakirələrə ötən ay start verilib.

ABŞ Kubaya qarşı ticarət embarqosunu 1960-cı ildə tətbiq edib və bir il sonra kommunist Fidel Kastronun Amerikanın dəstəklədiyi hökuməti devirməsindən sonra o ölkədəki səfirliyini bağlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm