Qadın deputat parlamentdə soyundu - FOTOLAR
Bizi izləyin

Dünya

Qadın deputat parlamentdə soyundu - FOTOLAR

Belçika parlamentinin qadın deputatının çəkdirdiyi fotolar hər kəsin diqqətini cəlb edib.

ANS PRESS-in məlumatına görə, türk əsilli Zuhal Dəmir Belçika Federal Məclisinin üzvüdür.

Qadın deputat "P-Magazine" jurnalının üz qabığına çəkilib. "Yeni Flaman İttifaqı" (N-VA) üzvü olan 35 yaşlı Dəmirin diqqət mərkəzinə düşməsinə səbəb isə geyindiyi açıq-saçıq geyimləri olub. Ən maraqlısı isə odur ki, fotolar parlamentin müxtəlif məkanlarında çəkilib.

"P-Magazine" jurnalında ilk dəfə bir siyasi xadim üz qabığına çəkildiyi üçün bu həm də tarixi jurnaldır. Jurnalın anonsu "parlamentin gerçək bombası" kimi verilib.

Qadın deputat özü fotoları ilə bağlı açıqlamasında stereotipləri yıxmaqla bağlı problemi olmadığını deyib. "Bunu etməyə cəsarət edən ilk insanam. Hər kəs mənim kim olduğumu və mövqeyimi bilir. Bu hekayənin məni izləyəcəyini düşünmürəm. Müsbət reaksiyalar alıram".

Federal Məclisin sədri də dərin dekolteli fotoların parlament binasında çəkilməsinin hər hansı problem yaratmadığını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm