Dünya
Nemtsovun qətli ilə bağlı yayılan dezinformasiyalar
Bir qədər əvvəl kütləvi informasiya vasitələri Boris Nemtsova atəş açan qatillərin avtomobilinin aşkar olunduğu barədə məlumat yayıblar.
Publika.az-ın məlumatına görə, Bu xəbərlərin dezinformasiya
olduğunu bildirən Rusiya Federasiyasının İstintaq Komitəsinin rəsmi
nümayəndəsi Vladimir Markin KİV-lərdə siyasətçinin öldürülməsi ilə
bağlı aparılan cinayət işinin araşdırılması barədə hansısa
mənbələrə əsaslanan informasiyaların yayıldığını qeyd edib. Onun
sözlərinə görə, media belə informasiyaları dərc edərkən diqqətli
davranmalıdır. Belə ki, belə mənbələr adətən dezinformasiya yayır,
bəzən isə açıq təxribat niyyəti güdürlər. Komitə rəsmisi, bununla
yanaşı, bütün obyektiv və doğru informasiyaların yalnız rəsmi
mənbədən, yəni cinayət işini araşdıran istintaq komitəsindən
alınmalı olduğunu vurğulayıb.
İstintaq komitəsinin rəsmi saytında Boris Nemtsovu müşayiət edən qadınla yanaşı, digər şahidlərin də dindirildiyi bildirilir. Məlumatda, həmçinin qətlin detallarına qədər planlaşdırıldığına və hadisə yerinin dəqiqliklə seçildiyinə heç bir şübhə olmadığı da qeyd olunur.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?