Nemtsovun sevgilisi hamilədir - FOTO
Bizi izləyin

Dünya

Nemtsovun sevgilisi hamilədir - FOTO

Dünya Boris Nemtsovun qətlindən danışır. Rus müxalif siyasətçi öldürülən an yanında ukraynalı fotomodel olub. O, 23 yaşlı Anna Duritskaya ilə Moskva küçələrində gəzişib.

Axar.az gənc fotomodelin bioqrafiyası haqda məlumatları araşdırıb.

Anna Duritskaya Kiyevin “Ağ kilsə” mahalında dünaya gəlib. 1991-ci il təvəlüdlü qız 2008-ci ildə Kiyev Milli İqtisadiyyat Universitetinə daxil olub. Eyni zamanda model kimi müxtəlif saytlarda işləyib. 2011-2012-ci illərdə menecer kimi çalışıb. Nemtsovla Duritskaya 2013-ci ildən başlayaraq sıx əlaqələr qurublar.

Anası İnna Duritskaya qızının 2013-cü ildə Nemtsovdan hamilə qaldığını və aborta getdiklərini danışıb. Abort əməliyyatı İsveçrənin Sürix şəhərindəki klinikaların birində həyata keçirilib.

Duritskaya ifadəsində deyib ki, Moskvadakı məşhur QUM ticarət mərkəzinin yanında gözləyib. Onlar orada şam edərək saat 23:00-a az qalmış küçəyə çıxıblar və Vasilyevsk enişinə doğru addımlayıblar. Bundan az sonra isə “Ford” markalı, ağ rəngli avtomobildən çıxan naməlum adamlar Nemtsovu güllələyərək qətlə yetirib. Onun bədəninə 4 güllə dəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm