Putin Nemtsovun anasına söz verdi
Bizi izləyin

Dünya

Putin Nemtsovun anasına söz verdi

Boris Nemtsovun qətlini həyata keçirənləri məsuliyyətə cəlb etmək üçün bütün mümkün tədbirlər görüləcək.

Publika.az-ın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putun Nemtsovun anasına göndərdiyi başsağlığı teleqramda bildirilir.

Rusiyanın aparıcı müxalifətçi siyasətçisi, sabiq baş nazirin müavini Boris Nemtsov cümə günü 23:40 radələrində (Bakıda şənbə günü 00:40) Kremlin yaxınlığındakı körpüdə güllələnərək öldürülüb. Polisin məlumatına görə, naməlum hücumçu maşından Nemtsovun kürəyinə dörd güllə vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm