Öcalanın silah çağırışına AB-dən reaksiya
Bizi izləyin

Dünya

Öcalanın silah çağırışına AB-dən reaksiya

Avropa Birliyi PKK lideri Abdullah Öcalanın çağırışı ilə bağlı açıqlama verib.

Axar.az xəbər verir ki, Avropa İttifaqının Xarici Məsələlər və Siyasi Təhlükəsiz məsələləri üzrə nümayəndəsi Federika Moqerini Öcalanın PKK-nı silahı yerə qoyması ilə bağlı çağırışını müsbət qiymətləndirib.

Qeyd edək ki, PKK lideri Abdullah Öcalan bir müddət öncə İmralı həbsxanasında onu ziyarətə gələn Xalqların Demokratik Partiyasının (HDP) nümayəndələri ilə görüşü zamanı Türkiyədə silahlı mübarizənin bitdiyini bildirmiş və PKK-ya “silahı yerə qoyun” mesajını vermişdi. PKK isə Öcalanın bu çağırışını müsbət qarşılamamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm