“Öldürdü”, sonra üzr istədi
Bizi izləyin

Dünya

“Öldürdü”, sonra üzr istədi

“Frans Press” yaydığı yalnış informasiyaya görə üzr istədi.

Axar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Fransanın məşhur “Frans Press” xəbər agentliyi bir müddət öncə sənaye nəhəngi Martin Buiqanın vəfatı ilə bağlı yaydığı yalnış informasiyaya görə üzr istəyib. Maraqlısı odur ki, xəbərdə mənbə kimi yerli meriya göstərilir.

“Biz bu insidentə çox ciddi yanaşırıq və redaksiya ilə əməkdaşlıq edənlər arasında araşdırma aparırıq ki, görək bu səhvə necə yol vermişik. Şirkətimiz və oxucularımız adından Martin Buiqadan və onun yaxınlarından üzr istəyirik” – deyə agentlik açıqlama verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm