Nemtsovun sevgilisi yoxa çıxıb
Bizi izləyin

Dünya

Nemtsovun sevgilisi yoxa çıxıb

Ukraynanın Moskvadakı konsulu Gennadi Breskalenko Boris Nemtsovun qətlə yetirildiyi vaxt onun yanında olan model Anna Duritskayanın harada olduğundan xəbərsizdir.

Axar.az xəbər verir ki, ukraynalı diplomat bu barədə “Azadlıq” radiosuna verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, 23 yaşlı modellə görüşmək üçün İstintaq Komitəsində olub, lakin qızla görüşə bilməyib: “Duritskaya şahid statusundadır və o, Ukraynaya sərbəst gedə bilər”. Ukraynanın Xalq Cəbhəsi Partiyasından olan millət vəkili Ostap Semerak da Duritskayanın harda olması ilə bağlı məlumatların olmadığını təsdiq edib. Millət vəkili deyib ki, qızın qohumları onunla əlaqə saxlayır, lakin Duritskaya harada olmasını özü də bilmir. “O deyib ki, onu hansısa mənzilə aparıblar. Orada mühafizəçi var. Həmin yeri tərk etməyə ona icazə verilmir”, - Semerak bildirib.

Rusiya İstintaq Komitəsi məsələ ilə bağlı heç bir açıqlama verməyib. Duritskaya fevralın 28-i səhər dindirildikdən sonra Komitənin binasını tərk edib. Qeyd edək ki, rusiyalı müxalifətçi Boris Nemtsov fevralın 27-də saat 23:40-da Moskvanın mərkəzində naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm