Poroşenko Nemtsovun qətlini "açdı"
Bizi izləyin

Dünya

Poroşenko Nemtsovun qətlini "açdı"

Müxalifətçi Boris Nemtsov rus hərbçilərinin Donbasda olmasını sübut edən sənədləri yayımlamağı planlaşdırırdı.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Pyotr Poroşenko “112 Ukraina” telekanalına verdiyi müsahibəsində deyib. Prezident bildirib ki, Nemtsovla ölümündən bir neçə gün əvvəl danışıb.

“Kimsə çox qorxurdu. Boris qorxmurdu, amma cəlladlar qorxurdu. Onlar onu öldürdü”, - Poroşenko bildirib.

Poroşenko Nemtsovu Ukraynanın böyük dosru və Rusiyanın vətənpərvəri adlandırıb. “Martın 1-də o çoxminlik mitinqə çıxıb Ukraynanın sevən, insan haqlarına hörmət edən başqa Rusiyanın olduğunu nümayiş etdirəcəkdi. Azadlıq və demokratiyaya görə o həyatını qurban verməyə hazır idi”, - prezident deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm