İŞİD 19 xristianı azad etdi
Bizi izləyin

Dünya

İŞİD 19 xristianı azad etdi

İŞİD yaraqlıları girov götürdüyü 19 Assuriya xristianı sərbəst buraxılıb.

Publika.az-ın məlumatına görə bu barədə Suriya İnsan Haqlarını Müşahidə qrupu məlumat yayıb. Qrupun bildirdiyinə görə, Tal Quran kəndinin əsir götürülən sakinlərindən bəziləri azad edilib.

Yerli silahlı qruplar bildirir ki, İslam Dövləti yaraqlıları keçən həftə Xabur çayı boyu kəndlərə hücum edərək 150-dən çox insanı girov götürüb. Bu kəndlərin əksəriyyəti xristian əhalinin məskunlaşdığı kəndlər olub.

Bu gün habelə Hələbdə üsyançı qüvvələr BMT-nin Suriyada daxili münaqişəyə son qoymaq məqsədi daşıyan sülh planını rədd edərək bildirib ki, plan rejimin kimyəvi silahlarının hədəfi olmuş əhalinin humanitar böhranını həll etmək iqitdarında deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm