Dünya
Corc Buşun bu ölkəyə girişi qadağan olundu
Venesuela prezidenti Nikola Maduro ölkəsindəki amerikalı diplomatların sayının azaldılacağını açıqlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı bu barədə təlimat verdiyini bildirib.
Bundan başqa, Venesuelaya gələcək ABŞ vətəndaşlarından viza istəniləcək və bəzi siyasətçilərin ölkəyə girişi qadağan ediləcək. Nikola Maduro ABŞ-ın Venesuelanın daxili işlərinə qarışması səbəbi ilə bunu etmək məcburiyyətində qaldıqlarını söyləyib. O, ABŞ-ın Venesuelada 100, Venesuelanın isə ABŞ-da 17 diplomatının olduğunu deyib.
Venesuelanın ölkəyə girişinə qadağa qoyacağı ABŞ siyasətçiləri arasında keçmiş prezident oğul Corc Buş, keçmiş vitse-prezident Dik Ceyni, Senatın xarici işlər komitəsinin keçmiş sədri Bob Menendez və Florida ştatının Senatının keçmiş başçısı Marko Rubio kimi şəxslər var.
ABŞ ötən ay insan haqlarını pozmaqda gühahlandırdığı bəzi venesuelalı səlahiyyətlilərə viza məhdudiyyətləri tətbiq edib. Venesuela prezidenti daha əvvəl ABŞ-ı ölkəsindəki müxalif qruplarla əməkdaşlıq edərək onu devirməyə çalışmaqda ittiham etmişdi. ABŞ isə bu iddianı “gülünc” adlandırıb.
Ömər Dağlı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO