Səudiyyə Kralı əmisinin qovduğu şəxsi vəzifəyə qaytardı
Bizi izləyin

Dünya

Səudiyyə Kralı əmisinin qovduğu şəxsi vəzifəyə qaytardı

Səudiyyə Ərəbistanının yeni kralı Salman bin Əbdüləziz mərhum kralın işdən qovduğu Kəbə imamı Səud əş Şureym vəzifəsinə qaytarıb.

Politoloqlar hesab edir ki, əş Şureymin vəzifəsinə qaytarılması Misirdə rejimin dəyişilə biləcəyinin işarəsidir. Bu, həm də Səudiyyə Ərəbistanının siyasi baxışında baş verəcək bəzi dəyişikliklərin xəbərçisidir.

Xatırladaq ki, Kəbə imamı şeyx Səud əş Şureym Misir təhlükəsizlik qüvvələrinə səslənərək “Rabia” və “Nahda” meydanlarında aksiyaçıların döyülməməsini tələb etmiş, əllərini müsəlman qanına batırmamaları istiqamətində onlara Twitterlə xəbərdarlıq etmişdi. Bundan sonra S. Ərəbistanı rəhbərliyi Şureymi tutduğu vəzifədən uzaqlaşdırmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm