Türkiyə İŞİD-ə qarşı əməliyyata başladı
Bizi izləyin

Dünya

Türkiyə İŞİD-ə qarşı əməliyyata başladı

Bu gecə Türkiyənin Erenler və Adapazarı adlanan ərazilərində Sakarya Polis əməkdaşları tərəfindən İŞİD terrorçularına qarşı xüsusi əməliyyat keçirilib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, əməliyyatlarda Türkiyə polisinin terrora qarşı mübarizə dəstələri iştirak edib. Polis gecə saat 02.00 radələrində İŞİD terrorçularının gizləndiyi şübhəli bilinən evlərə basqın təşkil edib. Əməliyyat zamanı 10 nəfər şübhəli bilinən şəxs tutulub.

Türkiyə polisi keçirdiyi əməliyyatla bağlı hələlik rəsmi açıqlama yaymayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm